Bu gün:

Qəzza Səbat Donanması: Su alan gəmini Türkiyə təxliyə edib


Qəzzaya yardım aparmaq məqsədilə Aralıq dənizində hərəkətdə olan Səbat Donanmasında nasazlıq yaşayan bir gəmi Türkiyənin yardımı ilə təxliyə edilib.

Donanmanın türk dilindəki sosial media hesabında 29 sentyabr tarixində yayımlanan açıqlamada “Johnny M” adlı gəminin mühərrik otağında su sızması baş verdiyi və problem aradan qaldırıla bilmədiyi üçün gəminin səfərə davam edə bilməyəcəyi bildirilib. Açıqlamaya görə, gəmidəki iştirakçıların bir qismi digər gəmilərə köçürülüb, bir qismi isə sahilə çıxarılıb.

 Mənbə: BBC News

 Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et