Bu gün:

Ukrayna parlamenti Trampı Nobel Sülh Mükafatına namizəd göstərməyi planlaşdırır


ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qətnamə layihəsi Ukrayna Ali Radasına təqdim olunub. Parlamentin rəsmi saytında yerləşdirilən məlumata görə, sənəd 29 sentyabrda təqdim edilib.

Qətnamənin mətni hələlik ictimaiyyətə açıqlanmayıb.

Bundan əvvəl NBC telekanalı Ağ Ev nümayəndəsinə istinadla xəbər verib ki, Tramp Nobel Sülh Mükafatını almaq istəyir, lakin uğur qazanacağına inanmır.

Norveç mediası da yazıb ki, ABŞ Prezidenti Nobel mövzusunda Norveçin maliyyə naziri və əvvəlki NATO Baş katibi Yens Stoltenberqlə əlaqə saxlayıb. Ağ Ev isə Trampın Stoltenberqlə telefon danışığını təsdiqləsə də, söhbətin mövzusunu açıqlamayıb.


Mənbə: TASS

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et