Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PAS) səs çoxluğu qazanıb. İlkin nəticələrə görə, PAS 50%-ə yaxın səs toplayaraq parlamentdə mütləq çoxluq əldə edib.Prezident Sandu seçkilərdən əvvəl Rusiya tərəfindən “kütləvi müdaxilə” barədə xəbərdarlıq edib. Səsvermə günü və sonrasında ölkə daxilində və xaricdə yerləşən məntəqələrdə bomba həyəcanları qeydə alınıb. Polis bir neçə nəfəri iğtişaş planlaşdırmaqda ittiham edərək saxlayıb.
Rusiya tərəfdarı blokun lideri İqor Dodon nəticələr açıqlanmadan qələbə elan edib və tərəfdarlarını parlament qarşısında etiraza çağırıb.
Moldova 2022-ci ildə Avropa İttifaqına namizəd statusu alıb və bu seçkilər ölkənin Avropa inteqrasiyası üçün həlledici mərhələ hesab olunur.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva