Rusiya 12 saat davam edən hava hücumları ilə Ukraynada paytaxt Kiyev də daxil olmaqla bir çox yaşayış məntəqələrini hədəf alıb.
Ukraynanın yeddi bölgəsinə edilən hücumlarda təxminən 600 pilotsuz uçuş aparatı (PUA) və onlarla raket istifadə olunub. 12 yaşlı bir qız da daxil olmaqla, azı dörd nəfər həlak olub, 70 nəfər isə yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bütün insan itkiləri Kiyevdə baş verib. Zelenski bu “alçaq” hücumu pisləyərək Moskvanın “öldürməyə və müharibəyə davam etmək istədiyini” göstərdiyini deyib və Ukraynanın cavab verə biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova