Bu gün:

Çin dünyanın ən böyük körpüsünü açır


Çinin Quizhou əyalətində inşa edilən və dünyanın ən böyük körpüsü kimi vurğulanan “Huajiang Kanyon Körpüsü” açılıb.

Huajiang Kanyon körpüsü üç illik tikintidən sonra bu gün Çinin cənub-qərbindəki Quizhou əyalətində açılıb. Bildirilir ki, körpü Kanyon üzərində səyahət vaxtını iki saatdan iki dəqiqəyə qədər azaldır.

Quizhou dağlıq əyalətindəki Beipan çayından 625 metr hündürlükdə yüksələn Huajiang Grand Canyon körpüsünün San Fransiskodakı Qızıl Qapı Körpüsündən təxminən doqquz dəfə yüksək olduğu bildirilir.

Quizhou əyalətinin səlahiyyətlilərinə görə, 1420 metr əsas uzunluğa malik körpü dağlıq ərazidə tikilmiş dünyanın ən uzun "aşmalı polad truss asma körpü"südür.

Rəsmilər körpünün Quizhou əyalətinin Liuzhi və Anlonq şəhərlərini birləşdirdiyini və dünyanın ən hündür üç körpüsünün də Quizhouda olduğunu, dünyanın 100 ən hündür körpüsünün təxminən yarısının da bu əyalətdə yerləşdiyini bildirib.

Huajiang Kanyon Körpüsü həm üfüqi, həm də şaquli olaraq əsas genişliyi və yerdən təmizlənməsi ilə dünyanın ən böyük körpüsü adını qazanmışdır.

Mənbə: CNN türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et