Bu gün:

Kiyev “kütləvi” Rusiya hücumuna məruz qalıb


Ukraynanın paytaxtı Kiyev gecə saatlarında Rusiyanın kütləvi hücumuna tuş gəlib. Mer Vitali Kliçkonun sözlərinə görə, beşmərtəbəli binanın bir hissəsi dağılıb, ən azı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xarici İşlər Nazirliyi bildirib ki, ölkə boyu yüzlərlə dron və raket atılıb. Prezident Volodimir Zelenski isə xəbərdarlıq edib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək və Avropa ölkələrinin hava müdafiəsini sınaqdan keçirib.


Polşa, Danimarka və Estoniya da son günlər Rusiya tərəfindən hava məkanının pozulduğunu açıqlayıb. NATO şərq cinahında hərbi tədbirləri gücləndirib.


Moskva məsuliyyəti rədd edib, lakin xarici işlər naziri Sergey Lavrov Rusiyaya qarşı istənilən aqressiyaya qəti cavab veriləcəyini bildirib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et