27 sentyabr 2025-ci il tarixində ölkəmizdə Anım Günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib. 24media.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Heyət 44 günlük Vətən müharibəsi qələbəsinə həsr olunan Zəfər abidəsinin önünə gül dəstələri düzərək, qəhrəmanlarımızı dərin hörmət və minnətdarlıqla yad ediblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Aysel Mirzəyeva