Elm və Təhsil Nazirliyinin məlumatına əsasən 24media.az istinad edir ki, rəhbərlik və kollektiv 27 Sentyabr – Anım Günü münasibətilə Zəfər Parkını ziyarət edib.Ziyarət zamanı 8 Noyabr – Zəfər Gününü simvolizə edən memorial abidənin önünə gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.
Rəna Qarayeva