Bu gün:

Trampın qisas planları böyüyüb


ABŞ prezidenti Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra verdiyi “qisas” vədi ilə gündəmdə qalmaqda davam edib. O, baş prokurorunu siyasi rəqibləri hədəfə almağa təşviq edib, media qurumlarının lisenziyalarının ləğvini gündəmə gətirib və düşmən gördüyü hüquq firmalarına qarşı addımlar atıb.

Trampın son sərt qərarlarından biri keçmiş FTB direktoru Ceyms Komiyə qarşı ittihamın elan olunması olub. Prezident bu addımı “ədalət” kimi təqdim etsə də, tənqidçilər bunu şəxsi qisas siyasəti kimi dəyərləndiriblər.


Onun sərt addımları, xüsusilə də siyasi rəqiblərinə və medianın azad fəaliyyətinə qarşı təzyiqləri, ölkədə avtoritarizmə doğru gedişatın gücləndiyini göstərib. İsveçdə yerləşən Demokratiya Müxtəlifliyi İnstitutu da ABŞ-də bu istiqamətdə narahatedici tendensiyaların artdığını açıqlayıb.


Tramp isə tərəfdarlarına verdiyi mesajlarda əvvəlki kimi qətiyyətli çıxış edib: “Mən sizin döyüşçünüzəm, mən sizin ədalətinizəm, mən sizin qisasınızam". 


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et