İtaliyadakı liman işçiləri İsrailə silah göndərilməsinin qarşısını almaq üçün Aralıq dənizi blokadasına başlayıb. Avropa birlikləri tərəfindən dəstəklənən bu addımın genişmiqyaslı boykota çevriləcəyi gözlənilir. Oktyabrın 4-də Romada 100 meydanı tutmağı planlaşdıran milli nümayiş keçiriləcək.İtaliyadakı liman işçiləri İsrailə silah aparan gəmilərin keçməsini dayandırmaq üçün Aralıq dənizində blokadaya başlayıblar. Ətraf ölkələrdəki işçilərlə həmrəylik şəbəkəsi yaradılıb və təşəbbüsün tezliklə bütün Avropada geniş yayılmış boykota çevriləcəyi gözlənilir.
Fəhlələr və tələbələr də etirazlara dəstək üçün küçələrə çıxıblar. Fələstin bayraqları daşıyan nümayişçilər “Hər şeyi bağlayın” yazılmış plakatlar açıb və binaların üzərinə “Fələstinə Azadlıq” sözlərini proyeksiya ediblər.
İşçilər bu səhər Trieste limanına silah daşıdığı iddia edilən gəminin gəlməsinə etiraz ediblər. Həmkarlar ittifaqları “Şəhərimiz soyqırım törədən İsrail dövlətinin ortağıdır” deyərək reaksiya verib.
Oktyabrın 4-də Romada milli nümayişə hazırlaşan işçilər Qəzzada 100 meydanı tutmağı və düşərgələr qurmağı planlaşdırır. Genuyadan Romaya qədər bir çox şəhərdə müqavimətin genişləndiriləcəyi açıqlanıb. İşçilərin ilk toplantısı Qəzza meydanında keçiriləcək. İsrailə silah daşınmasının qarşısını almaq üçün başladılan bu təşəbbüsə Avropanın hər yerindən liman işçilərinin qoşulacağı gözlənilir.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva