Keçmiş Britaniya Baş naziri Toni Bleyer Qəzzada müharibədən sonrakı keçid idarəçiliyinin rəhbərliyi ilə bağlı danışıqlar aparıb.
Ağ Evin də dəstəklədiyi bildirilən təklifə əsasən, Bleyerin BMT və Körfəz ölkələrinin dəstəklədiyi bir idarəyə rəhbərlik etməsi və daha sonra nəzarəti fələstinlilərə təhvil verməsi nəzərdə tutulur.
Bleyerin ofisindən verilən açıqlamada isə qeyd olunub ki, keçmiş baş nazir Qəzza xalqının yerindən edilməsini nəzərdə tutan heç bir təklifi dəstəkləməyəcək.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova