Sentyabrın 26-da Braziliyanın San Paulo şəhəri dünyanın ən təmiz havaya malik böyük şəhərləri arasında dördüncü yeri tutub. Bu göstərici şəhərin son günlərdəki atmosfer keyfiyyətində müşahidə olunan ciddi irəliləyişin nəticəsi kimi qiymətləndirilir.
Mütəxəssislərin sözlərinə görə, havanın təmizlənməsində yağıntılı hava şəraiti, eləcə də şəhərdə tətbiq olunan ekoloji tədbirlər mühüm rol oynayıb. San Paulo uzun müddətdir yüksək çirklənmə səviyyəsi ilə seçilsə də, bu nəticə onun ekoloji vəziyyətində müsbət dəyişikliklərin baş verdiyini göstərir.
Mənbə: IQAir
Tərcümə etdi: İlhamə Nurəhmədova