Bu gün:

Keçmiş FBI direktoru Ceyms Komi məhkəməyə verilib


ABŞ-nin Virciniya ştatında federal münsiflər heyəti keçmiş FBI direktoru Ceyms Komini iki maddə üzrə ittiham edib. O, 2020-ci ildə Konqres qarşısında verdiyi ifadədə məxfi məlumatların mediaya sızdırılması ilə bağlı yalan danışmaqda və ədalətə mane olmaqda günahlandırılıb.

Komi özünü günahsız elan edib və federal ədliyyə sisteminə inamını ifadə edib. Onun ilk məhkəmə dinləməsi 9 oktyabrda Virciniyanın Aleksandriya şəhərində keçiriləcək.


İttihamlar ABŞ prezidenti Donald Trampın siyasi rəqiblərinə qarşı araşdırmaların gücləndirilməsi çağırışından bir neçə gün sonra irəli sürülüb. Prosesə Trampın keçmiş şəxsi vəkili olmuş yeni prokuror Lindsey Halligan rəhbərlik edib.


Əgər Kominin günahı sübuta yetirilsə, o, beş ilə qədər həbs cəzası ala bilər. Demokrat siyasətçilər ittihamları qanunun aliliyinə hücum kimi qiymətləndirib, hüquq ekspertləri isə sübut prosesinin çətin olacağını bildiriblər.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et