Bu gün:

Verstappen Bakıda qalib gəldi, Piastri qəza etdi


Sentyabrın 21-də Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində “Red Bull” komandasının pilotu Max Verstappen inamlı çıxış nümayiş etdirərək qalib olub.

Yarışın ən dramatik anı ilk dövrədə baş verib. “McLaren”in gənc pilotu Oscar Piastri startdan sonra rəqiblərlə sıx mübarizə zamanı qəza törədib və trasdan kənara çıxaraq mübarizəni vaxtından əvvəl dayandırıb.

Yekun nəticələrə əsasən, ikinci yeri “Mercedes” komandasının sürücüsü George Russell tutub. Üçüncü pilləyə isə “Williams” komandasının pilotu Carlos Sainz Jr. yüksəlib. Bu nəticə “Williams” üçün 2021-ci ildən sonra ilk podium göstəricisi olub.

Beləliklə, Azərbaycan paytaxtında keçirilən möhtəşəm yarış Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadıb.

Mənbə: Reuters

Tərcümə etdi: İlhamə Nurəhmədova


Paylaş
Şərh əlavə et