Bu gün:

Suriyalı lider son 58 ildə ilk dəfə ABŞ-a səfər edib


Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.

Bu barədə Syria TV telekanalı məlumat verib.

Telekanalın məlumatına görə, əl-Şaraaya dörd nazir müşayiət edir. Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq.

Qeyd edək ki, bu səfər Suriya ilə ABŞ arasında münasibətlərin gələcək perspektivləri baxımından diqqətlə izlənilir və regiondakı siyasi proseslərə təsir göstərə biləcək əhəmiyyətli hadisə kimi qiymətləndirilir.


Mənbə: TASS

Tərcümə etdi: Nəsibli Nəzakət 

Paylaş
Şərh əlavə et