Cenində 13 yaşlı İslam Macarmeh İsrail əsgərləri tərəfindən güllələnib. Atası bildirir ki, oğlunu vuranda yanında olub və niyə uşaqların hədəf alındığını anlaya bilməyib.
Şəhərin meri Məhəmməd Cərrar deyir ki, Ceninin 40%-i hərbi zona elan olunub, əhalinin dörddə biri köçkün düşüb. İsrail ordusu Oslo razılaşmalarına zidd olaraq bölgədə tanklarla qalmaqda davam edib.
İsrail hökuməti, həmçinin Fələstin Administrasiyasını iqtisadi blokadada saxlayıb, vergi gəlirlərini geri qaytarmayıb. Netanyahu açıq bəyan edib ki, Fələstin dövləti olmayacaq və bu torpaqlar İsrailindir.
Buna baxmayaraq, Böyük Britaniya və Fransa Fələstin dövlətini tanımağa hazırlaşır. Fələstinlilər isə deyirlər ki, tanınma işğalı dayandırmasa da, gələcəkləri üçün siyasi zəmin yaradıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva