Bu gün:

İstanbulda kritik istefalar


ABŞ-nin İstanbul Baş Konsulluğundakı Suriya masasında çalışan 5 diplomatin vəzifədən alınması, SDQ-yə Şam hökumətinə inteqrasiya olunması üçün təzyiqin artması kimi şərh edilib.

Diplomatiya və təhlükəsizlik mütəxəssisləri “Türkiyənin Suriya sərhədində təhlükəsiz zona məsələsində mövqeyi güclənir” qiymətləndirməsini verərkən, ABŞ-nin SDQ ilə bağlı ziddiyyətli siyasətinə də diqqət çəkirlər. 

ABŞ-nin İstanbul Baş Konsulluğu daxilində yaradılan Suriya Regional Platformasında çalışan 5 amerikalı diplomatin vəzifədən uzaqlaşdırılması, ABŞ-nin terror təşkilatı SDQ siyasəti ilə bağlı müzakirələri gündəmə gətirib. Dünən Reuters-də yayımlanan xüsusi xəbərə görə, Suriya ilə bağlı fəaliyyət göstərən bəzi yüksək vəzifəli amerikalı diplomatlar gözlənilmədən vəzifələrindən uzaqlaşdırılıb. 

Mənbə: Haber Global

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et