ABŞ senatoru Ted Cruz, Cimmi Kimmelin efirdən uzaqlaşdırılması ilə bağlı FCC sədrini “mafiyaya bənzər davranışda” ittiham edib və bunun söz azadlığı üçün təhlükəli olduğunu bildirib. Cruz FCC sədri Brendan Carr-ın ABC telekanalını lisenziyasını ləğv etməklə hədələməsini məşhur “Goodfellas” filmindəki mafioz səhnəsinə bənzədib.
Qalmaqal Kimmelin monoloqundan sonra başlayıb. Aparıcı çıxışında Kirk-i öldürməkdə ittiham olunan şəxsin “MAGA respublikaçısı” ola biləcəyini deyib. Hüquq-mühafizə orqanları isə şübhəlinin “solçu ideologiya ilə radikallaşdığını” açıqlayıb. ABC aparıcını müddətsiz olaraq efirdən uzaqlaşdırıb.
Prezident Donald Tramp Carr-ı müdafiə etsə də, senator Tom Tillis Cruzun mövqeyini dəstəkləyib. Digər respublikaçılar isə söz azadlığının məhdudlaşdırılmamasına diqqət çəkiblər. Cimmi Kimmel hələ açıqlama verməyib, amma həmkarları ona dəstək göstərib.
Çarli Kirk 10 sentyabrda Yuta ştatında açıq hava tədbirində öldürülüb. Senat onun doğum günü – 14 oktyabrı – xatirə günü elan edib. Kaliforniyada isə ABC10 kanalının binasına atəş açılıb, xəsarət alan olmayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva