Almaniyanın paytaxtı Berlində İkinci Dünya Müharibəsindən qalma bomba tapıldıqdan sonra 10 minə yaxın insan evlərindən təxliyə edilib.

Berlin polisi şəhərin Şpre çayında 3 metr dərinlikdə İkinci Dünya Müharibəsindən qalma bombanın tapıldığını açıqlayıb.
Açıqlamada qeyd olunub ki, təhlükəsizlik məqsədilə bölgənin 10 minə yaxın sakini evlərindən təxliyə edilib.
Təxliyyədən sonra aparılan yoxlama nəticəsində partlamamış bombanın heç bir təhlükə olmadığı və çaydan çıxarılaraq məhv ediləcəyi müəyyən edilib. Açıqlamada həmçinin qeyd olunub ki, bombanın yerləşdiyi yerin ətrafında təxminən 500 metr ərazi 12 saat ərzində yol və çay trafikinə bağlanıb.
Bəyanatda əlavə edilib ki, təxliyə edilən sakinlər öz evlərinə qayıda bilərlər.
Mənbə: Cnn türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
