Bu gün:

Livanda iki bölgəyə hücum


İsrail ordusunun Livanın Nəbatiyyə şəhərinin üç qəsəbəsinin  bombalanmasından sonra Livanın cənubunda daha iki bölgəyə hava hücumu təşkil etdiyi bildirilir.

Livan mətbuatının məlumatına görə, İsrail aviasiyası Tir şəhərinin Əl-Şihabiyə və Bint əl-Cubeyl şəhərinin Bürc əl-Qələviyə qəsəbələrində iki binaya zərbələr endirib.

İsrail döyüş təyyarələri dünən axşam saatlarında Livanın cənubundakı Nəbatiyyə şəhərinin 3 qəsəbəsinə hava zərbələri endirəcəklərini, Əl-Şihəbiyyə və Bürc əl-Qələviyə qəsəbələrinə hücuma keçdikdən az sonra elan ediblər.

Mənbə: CNN Türk

Tərcümə etdi: Kəmalə Vəliyeva

Paylaş
Şərh əlavə et