Bu gün:

SOCAR İtaliyada iri enerji şirkətini satın alıb


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın ən böyük yanacaq distribütorlarından biri olan Italiana Petroli şirkətini satın alıb. Şirkət İtaliya üzrə geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə və emal sahələrinə sahibdir.


Sövdələşmənin maliyyə detalları açıqlanmasa da, beynəlxalq mənbələr əməliyyatın milyardlarla avro dəyərində ola biləcəyini bildirir. Bu addım SOCAR-ın Avropa bazarında mövqeyini gücləndirməklə yanaşı, Azərbaycanın enerji sektorunda strateji rolunu artırır.
Ekspertlər hesab edir ki, bu cür beynəlxalq alışlar Azərbaycanın xarici bazarlara çıxışını genişləndirəcək və ölkənin enerji diplomatiyasına əlavə üstünlüklər qazandıracaq.
 
Mənbə: Reuters
Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et