Milli Müqavimət Şurasının (NCRI) məlumatına görə, 14–16 sentyabr tarixlərində İranda ən azı 27 nəfər edam edilib. Bununla da mart ayından bəri ölkədə edam olunanların sayı 800-dən çox olub.

Məlumatda bildirilir ki, sentyabrın 17-də isə Babak Şahbazi adlı məhbus edam edilib. İnsan haqları təşkilatları edamların sürətlə artmasından ciddi narahat olduqlarını açıqlayıblar.
Onların fikrincə, edamların məqsədi ölkədə artmaqda olan sosial etirazların qarşısını almaqdır.
Mənbə: ncr-iran.org
Tərcümə etdi: İlhamə Nurəhmədova
