Bu gün:

Ben & Jerry’s həmtəsisçisi istefa verib


Ben & Jerry’s-in həmtəsisçisi Cerri Qrinfield, yarım əsrdən sonra şirkətdən ayrılıb. O, məktubunda Unilever-in şirkətin sosial mövqeyini susdurduğunu, buna görə də, vicdanla işləyə bilmədiyini bildirib.

Unilever-dən ayrılan The Magnum Ice Cream Company-nin nümayəndəsi Qrinfieldə təşəkkür etsə də, onun mövqeyi ilə razılaşmadıqlarını deyib.

Ben & Jerry’s 1978-ci ildən sosial məsələlərdə açıq mövqeyi ilə tanınıb, 2021-ci ildə isə işğal olunmuş ərazilərdə satışları dayandıracağını açıqlayıb.


Mayda digər həmtəsisçi Ben Kohen ABŞ Senatında etiraz aksiyasında iştirak etdiyi üçün saxlanılıb.


Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et