Bu gün:

Kipyegon 1500 m-də tarixi dördüncü dünya qızılını qazanıb


Keniyalı idmançı Faith Kipyegon tarixi dördüncü dünya 1500 m çempionluğunu qazanıb və bu hadisə ilə bu növdə ardıcıl 5-ci qızıl medalını əldə edərək üstünlüyünü bir daha sübut edib.

31 yaşlı idmançı, 1500 m üzrə 4 çempionluq qazanmış yeganə digər atlet olan kişi idmançılar arasında keçmiş dünya rekordu sahibi Hicham El Guerrouj ilə tarixi bir rekordun sahibinə çevrilib.


Ötən il ardıcıl 3-cü Olimpiya qızılını qazandıqdan sonra Kipyegon üçün bu həm də ardıcıl üçüncü dünya çempionluğu olub. O, final yarışını əvvəldən idarə edərək son dövrədə rəqiblərindən fərqlənib.

Dünyanın rekord sahibi olan Kipyegon son 5 qlobal finalda məğlub olmayıb və ilkin turlar istisna olmaqla, 4 ildən artıqdır ki, bu məsafədə uduzmayıb.

Avstraliyalı Olimpiya gümüş medalçısı Jessica Hull Kipyegon sürəti artırarkən onu izləməyə çalışsa da, üçüncülüyə qədər geriləyib. Dorcus Ewoi isə Keniya üçün bir və iki nəticəsini təmin edib.

Dayanıqsız Kipyegon xətti 3 dəqiqə 52.15 saniyəyə keçib və rəqibləri ilə arasında təxminən üç saniyəlik fərq onun üstünlüyünü göstərib.

BBC Sport-a danışan Kipyegon deyib:

"Sadəcə Allah'a təşəkkür etmək istəyirəm.

Bu il əvvəl dünya rekordunu qırdıqdan sonra dünya çempionluğumu qorumağa qadir olduğumu bilirdim. Bu gün güclü olduğum üçün Allaha Şükür edirəm.

Sadəcə rahat qaçmaq, itələnmədən və yıxılmadan yarışmaq istəyirdim, çünki insanların yıxıldığını görmək məni bir az qorxutmuşdu. Sadəcə özüm olmağı və öz yarışımı keçirməyi arzulayırdım".

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et