Paytaxt yenidən dünya idman ictimaiyyətinin diqqət mərkəzinə çevrilməyə hazırlaşır. 19–21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi 2025 üçün şəhərdə hazırlıq işlərinin əksəriyyəti başa çatıb.

Yarış öncəsi Bakı Şəhər Halqasında genişmiqyaslı yenilənmə aparılıb. Prospektlərdə təhlükəsizlik baryerləri quraşdırılıb, tras boyu işıqlandırma sistemləri yoxlanılıb, tribunaların sayı artırılıb. Bu il tamaşaçıların rahatlığı üçün əlavə giriş-çıxış məntəqələri də nəzərdə tutulub.
Artıq biletlərin əksəriyyəti satılıb və minlərlə turistin Bakıya gələcəyi gözlənilir. Şəhərin otellərində doluluq səviyyəsi yüksəlib.
Yarış həftəsi yalnız idman mübarizəsi ilə məhdudlaşmayacaq. Azarkeşlər üçün “Fan Zone” əyləncə məkanları, konsertlər və sürücülərlə görüş proqramları da planlaşdırılıb. Bu da Bakı Qran Prisini sadəcə yarış yox, həm də böyük şəhər festivalına çevirir.
Hazırladı: Gülay Bədirli
