Bu gün:

Rusiyada üç il saxlanılıb, amma ittiham olunmayıb


Ukraynalı jurnalist Dmitro Xilyuk Rusiyada üç il yarım əsirlikdə qaldıqdan sonra azad olunub. O, Rusiya tərəfindən işğalın ilk günlərində saxlanılıb və heç bir cinayət ittihamı irəli sürülməyib.

Dmitro sürpriz əsir mübadiləsi nəticəsində azad olunan səkkiz mülkidən biridir. Azad edilənlər arasında əksəriyyət uzun müddət işgəncə və aclıqdan əziyyət çəkmiş hərbçilər olub.


Azadlıqdan sonra jurnalist həm itirdiyi illəri bərpa etməyə, həm də əsirlikdə tanış olduğu ukraynalıların ailələrinə xəbər verməyə çalışır. Onun zəngləri bəzən həmin ailələrin yaxınlarının sağ olduğuna dair ilk təsdiq olur.


Dmitro danışır ki, əsirlikdə daima döyülüb, itlərə hücum etdirilib və aclıqla üz-üzə qalıb. “Ən çətini bilmək olmurdu – sabah buraxılacaqsanmı, yoxsa on il də qalacaqsanmı”, – deyə o xatırlayır.


Onun valideynləri uzun illər oğullarından xəbərsiz qalıb, yalnız bir neçə dəfə qısa məktub ala biliblər. Hazırda Dmitro xəstəxanadan çıxdıqdan sonra ailəsinə qovuşmağa hazırlaşır.


Rəsmi məlumatlara görə, Ukraynada 16 mindən çox mülki şəxs itkin düşüb, onların yalnız az bir qismi Rusiyadakı həbsxanalarda tapılıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et