İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Dövlət katibi Marco Rubio ilə birgə keçirdiyi mətbuat konfransında, Katarın paytaxtı Dohada HƏMAS heyətinə qarşı həyata keçirilən hücuma münasibət bildirib.

Netanyahu açıqlamasında “Bu, tamamilə müstəqil verilmiş bir qərar idi. İdarəsini biz üzərimizə götürdük və tam məsuliyyəti qəbul edirik”, – deyə vurğulayıb.
ABŞ Dövlət katibi Marco Rubio İsrailə rəsmi səfəri çərçivəsində Netanyahuyla Qüdsdəki Baş nazirlik ofisində görüşüb. Görüşdən sonra təşkil edilən mətbuat konfransında Rubio çıxış edərək daha çox Qəzza və oradakı girovlara diqqət çəkib:
“Prezident Tramp, Qəzzada davam edən məsələlərdə mövqeyini açıq şəkildə ortaya qoyub. Hər bir girov – istər sağ, istərsə də həyatını itirsin – dərhal evinə qaytarılmalıdır. Qəzza xalqı daha yaxşı bir gələcəyə layiqdir. Amma bu gələcək, HƏMAS məhv edilmədən və bütün girovlar evlərinə dönmədən başlaya bilməz”, – deyə Rubio qeyd edib.
Mənbə:CNN Türk
Tərcümə etdi:Aysel Mirzəyeva
