ABŞ-nin elektrikli avtomobil istehsalçısı Tesla-nın baş direktoru Elon Mask şirkətin təxminən 1 milyard dollarlıq səhmlərini satın alıb.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən müraciətə görə, Musk sentyabrın 12-də 2,57 milyon Tesla səhmini alıb.
Satınalmanın ümumi dəyəri təxminən 1 milyard dollara çatıb. Maskın satın alınmasından sonra Tesla səhmləri bu gün 6 faizdən çox dəyər qazanıb. Tesla səhmləri ilin əvvəlindən bəri 4 faizdən çox bahalaşıb.
Maskın açıq bazarda Tesla səhmlərinin son böyük alışı 2020-ci ilin fevral ayında olub. Analitiklər bu alışı Maskın Teslanın gələcəyinə inamının əlaməti kimi şərh ediblər. Səhm alqı-satqısı Tesla İdarə Heyətinin sentyabrın əvvəlində Maska performans hədəflərinə çatması şərti ilə təxminən 1 trilyon dollar ödəmə təklif etdikdən sonra baş verib.
Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
