Bu gün:

İspaniya İsrailin beynəlxalq idmandan kənarlaşdırılmasını tələb edir


İspaniyanın Baş naziri Pedro Sançes Qəzzadakı hərəkətlərinə görə İsrailin beynəlxalq idman yarışlarından çıxarılmasını tələb edib.O, Sosialist Fəhlə Partiyasının üzvlərinə müraciətində deyib: “İsrail imicini təmizləmək üçün heç bir beynəlxalq platformadan istifadə edə bilməz".

Sançes əlavə edib ki, İsrailə də 2022-ci ildə Ukraynanı işğal etdiyinə görə sanksiya tətbiq olunan Rusiya kimi yanaşılmalıdır.

Bazar günü İsrailin xarici işlər naziri Gideon Saar isə İspaniya Baş nazirini “biabırçılıq” adlandırıb və onu Madridə toplaşan Fələstini dəstəkləyən etirazçılara təhrikçilikdə günahlandırıb. Həmin etirazlar səbəbindən İsrail komandasının da qatıldığı “Vuelta a Espana” veloyürüşünün son mərhələsi ləğv edilib.

Sançes daha əvvəl bildirib ki, 3 həftəlik yarış boyu keçirilən aksiyalar İspaniyanın Qəzza məsələsində “fərəh və qürurla parlayan bir nümunə” olduğunu göstərib.

Rəsmi rəqəmlərə görə, hökumətin bir neçə naziri də təxminən 100000 nəfərin iştirak etdiyi həmin yekun etiraz aksiyasını dəstəkləyib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et