Qəzzanın blokadası zamanı qida çatışmazlığından ölənlərin ümumi sayı 114-ü uşaq olmaqla, 281 nəfərə çatıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Son sutkada aclıqdan daha üç ölüm faktı qeydə alınıb. Ümumilikdə isə 2023-cü ilin oktyabrından bəri Qəzzadakı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 64 905-ə, yaralıların sayı isə 164 000-ə yüksəlib.
Qeyd edək ki, BMT-nin qida təhlükəsizliyi üzrə mexanizmi avqustun 22-də Qəzzanın şimalında vəziyyəti ilk dəfə rəsmi olaraq “aclıq” kimi təsnif edib.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
