Bu gün:

Nasa niyə okeanları araşdırmağı dayandırıb?


Son illərdə sosial mediada tez-tez yayılan bir iddia NASA-nın "qorxulu" səbəbi əsas gətirərək okeanları kəşf etməyi dayandırmasıdır. Yaxşı, bu iddiaların arxasında hansı həqiqət dayanır?

NASA-nın ilkin məqsədi kosmosu və atmosferi araşdırmaq olub. Okean tədqiqatları agentliyin əsas missiyasından kənarda qalır. Buna baxmayaraq, NASA bu illər ərzində okeanla bağlı çoxsaylı layihələr həyata keçirib. Peyk texnologiyalarından istifadə edərək, dəniz səviyyəsinin dəyişməsini, səthin temperaturunu, duzluluq səviyyələrini ölçüb və bu məlumatlar iqlim dəyişikliyi araşdırmaları üçün həyati əhəmiyyətə malikdir.

İnternetdə yayılan “NASA nəyisə kəşf edib və kəşfiyyatı dayandırıb” iddiaları sadəcə olaraq həqiqətə uyğun deyil. Okeanların dərinliklərini araşdırmaq və fiziki kəşfiyyat aparmaq NASA-nın missiyası deyil, bu daha çox okean elminə yönəlmiş qurumların məsuliyyətidir. NASA isə kosmosdan əldə etdiyi məlumatlardan istifadə edərək dənizlər və atmosfer arasındakı əlaqəni təhlil etməyə davam edir.

Buna görə də NASA okeanları tərk etməyib. O sadəcə olaraq, öz missiyasına uyğun olaraq, onları fərqli perspektivdən öyrənməyə davam edir. Sosial şəbəkələrdə yayılan iddialar reallığı dramatik şəkildə təhrif etməkdən başqa bir şey deyil.


Mənbə: Evrim ağacı

Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et