Bu gün:

Rumıniya hava məkanında Rusiya dronu aşkarlayıb


Rumıniya bildirib ki, Rusiya dronu onun hava məkanını pozub – bu belə hadisəni qeydə alan ikinci NATO ölkəsidir.

Müdafiə Nazirliyinin məlumatına görə, şənbə günü rumin qırıcıları Ukraynada Rusiya hücumunu izləyərkən dronu Ukraynanın cənub sərhədi yaxınlığında aşkarlayıb.

Ukrayna prezidenti Volodimir Zelenski bunun təsadüf olmadığını, Rusiyanın müharibəni açıq şəkildə genişləndirdiyini deyib. Moskva isə hələlik Rumıniyanın iddialarına münasibət bildirməyib.

Bundan əvvəl, çərşənbə günü Polşa hava məkanına daxil olan ən azı 3 Rusiya dronunu vurduğunu açıqlayıb.

Rumıniya Müdafiə Nazirliyi əlavə edib ki, iki F-16 sərhədi izləyərkən dron Çiliya Veçe kəndindən 20 km cənub-qərbdə radarlarda görünüb, sonra isə itib. Nazirliyin sözlərinə görə, dron yaşayış məntəqələri üzərindən uçmayıb və birbaşa təhlükə yaratmayıb.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bu hadisəni “üzv dövlətin suverenliyinə daha bir qəbuledilməz müdaxilə” adlandırıb.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et