Bu gün:

Kim Yo Conq 3 ölkəyə müraciət edib: Təhlükəli fikir


“Şimali Koreyanın ən təhlükəli qadını” və “qəddar bacısı” kimi xatırlanan Kim Çen Inın bacısı Kim Yo Conq üç ölkəyə xəbərdarlıq edib. Yo Conq "Bu, təhlükəli bir fikirdir" deyərək bölgədə eyni vaxtda hərbi təlimlərin keçirilməsi planlarını hədəfə alıb.Şimali Koreya hökuməti ABŞ və müttəfiqlərinin Koreya yarımadasında və onun yaxınlığında keçirməyə hazırlaşdıqları hərbi təlimlərə sərt reaksiya verib.

Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Conq verdiyi yazılı açıqlamada ABŞ, Cənubi Koreya və Yaponiyanın eyni vaxtda “Azadlıq Sərhədi” adlı hərtərəfli birgə hərbi təlim və “Dəmir Düymə” adlı nüvə əməliyyatı təlimi keçirəcəyini xatırladıb.

Şimali Koreyaya qarşı nüvə qarşısının alınması məqsədi daşıyan hərbi təlimləri “təhlükəli ideya” kimi xarakterizə edən Kim deyib: “Əgər indiki rəhbərlik əvvəlki rəhbərliyin düşündüyü bu təhlükəli ideyaya rəğbət bəsləsə və onu həyata keçirsə, biz bunu onların Şimali Koreyaya qarşı mövqeyinin və qarşıdurma siyasətlərinin davam etdirilməsinin bariz nümayişi hesab edəcəyik”. ABŞ, Cənubi Koreya və Yaponiya hökumətlərinə müraciət edən Kim: “Ölkəmizin yaxınlığında, başqa sözlə, yanlış yerdə ehtiyatsız güc nümayişi onlar üçün qaçılmaz nəticələrə gətirib çıxaracaq",-deyə xəbərdarlıq edib.

Şimali Koreyanın hərbi təhdidlərinə qarşı təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyən ABŞ, Cənubi Koreya və Yaponiya sentyabrın 15-19-da Jeju adasının şərqində və cənubunda beynəlxalq sularda birgə "Freedom Edge" təlimi keçirəcək. Cənubi Koreya və ABŞ eyni tarixlər arasında “Dəmir Düymə” adlı inteqrasiya olunmuş nüvə-konvensiya stolüstü təlimi də keçirəcək.

Mənbə: CNN türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et