Bu gün:

Dayı köpəkbalığı ilə döyüşərək uşağı xilas edib


2001-ci ildə Florida ştatında qeyri-adi və dəhşətli hadisə baş verib. 10 yaşlı uşağa hücum edən təxminən 10 metr uzunluğunda köpəkbalığı onun qolunu dişləyib. Hadisə zamanı uşağın dayısı böyük cəsarət göstərərək köpəkbalığına hücum edib və uşağı xilas etməyə nail olub.

Uşağı təhlükədən qurtardıqdan sonra kişi yenidən suya qayıdaraq köpəkbalığının quyruq tərəfinə təpik vurub. Məqsəd həm qisas almaq, həm də qardaşı oğlunun qopmuş qolunu geri götürmək olub. Yerli balıqçıların köməyi ilə köpəkbalığı öldürülüb, qopmuş qol isə çıxarılaraq xəstəxanaya çatdırılıb.

Həkimlərin operativ müdaxiləsi nəticəsində qol uğurla bədənə tikilib və uşağın tam funksionallığı bərpa olunub. Hadisə ABŞ mətbuatında geniş rezonans doğurub və qəhrəman dayının şücaəti xüsusi qeyd edilib.

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 

Paylaş
Şərh əlavə et