Nepalda baş verən kütləvi iğtişaşlar nəticəsində 72 nəfər ölüb, 191 nəfər isə yaralanıb.

Bu barədə hökumət nümayəndəsi Ek Narayan Aryal məlumat verib.
Ölüm halları sentyabrın 8-dəki etirazlar və 9-da baş verən iğtişaşlar zamanı qeydə alınıb.
Xatırladaq ki, etirazlar korrupsiyaya və sosial şəbəkələrin bağlanmasına qarşı yönəlib. Aksiyalarda əsasən tələbələr və “Gen-Z” gənclər hərəkatının üzvləri iştirak edib. Onlar hökumət binalarını — parlamenti, Ali Məhkəməni, Baş Prokurorluğu, həmçinin siyasətçilərin evlərini yandırıblar.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
