Londonda ifrat sağçı fəal Tommi Robinsonun təşkil etdiyi yürüşə 100000-dən çox insan qatılıb. Eyni vaxtda irqçiliyə qarşı təşkilatlar da əks-etiraz keçirib.

“Krallığı Birləşdirək” adlı mitinq Vaterlooda başlayıb və iştirakçılar Uaytholla doğru yürüyüblər. Burada çıxışlar olub, çıxış edənlər arasında milyarder İlon Mask da olub.
Günün ilk yarısı sakit keçsə də, daha sonra London polisi bəyan edib ki, əməkdaşlarına qarşı zorakılıq olub və onlara müxtəlif əşyalar atılıb. Nəticədə 9 nəfər saxlanılıb.
Bu arada, təxminən 5000 nəfər “Irqçiliyə qarşı ayağa qalx” təşkilatının çağırışı ilə yaxınlıqda aksiya keçirib.
Daxili işlər naziri Şabana Mahmud hadisəni qınayaraq bildirib:
“Polisə hücum edənlər qanun qarşısında cavab verəcək".
Aksiya üçün əvvəlcədən 1000 polis əməkdaşı əraziyə yerləşdirilib, əlavə olaraq müxtəlif bölgələrdən 500 nəfər də dəstək üçün gətirilib.
Günortadan sonra Uaytholda iki tərəf polis kordonu ilə ayrılıb. Polis bildirib ki, çoxu dinc etiraz etsə də, bəzi əməkdaşlar qrupları ayırarkən hücuma məruz qalıb.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
