Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Su İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Rafiq Verdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı “LCOY Azərbaycan 2025”-in bağlanış mərasimində çıxış edib.
O, “İqlim dəyişmələri kontekstində su təhlükəsizliyi” panel müzakirəsində bildirib ki, hazırda ölkənin yeraltı şirin su ehtiyatları 8,4 milyard kubmetr, ümumi bərpa olunan şirin su ehtiyatları isə 26,2 milyard kubmetrdir.
Təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir. Son 34 ildə Azərbaycanın əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb.
“Ən çox azalma yay mövsümündə — 19 faiz, Mingəçevir su anbarından aşağı axında isə 28 faiz olub” ,- deyə Rafiq Verdiyev əlavə edib.
Hazırladı: Gülay Bədirli
Mənbə: Fed.az
