Azərbaycan Dəmir Yolları QSC (ADY) yük daşımalarının səmərəliliyini artırmaq üçün 300 yeni yük vaqonu alıb.
Yeni vaqonlar sentyabr ayında parkda istifadəyə verilib. Şirkətin məlumatına görə, bu addım infrastrukturun modernləşdirilməsi, daşımaların sürətinin və təhlükəsizliyinin yüksəldilməsi məqsədi daşıyır.
Bu yenilik regionda artan ticarət axınını qarşılamaq və Azərbaycanın tranzit imkanlarını gücləndirmək üçün atılan addımların tərkib hissəsidir.
Hazırladı: Gülay Bədirli
