Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib ki, bir neçə ölkənin xüsusi xidmət orqanları ölkədə etirazları maliyyələşdirir və bunun üçün 4 milyard dollar xərcləyib.

“Dövlətin dağıdılması üçün 4 milyard dollar sərf olunub. Rəngli inqilabların əsas təşkilatçıları xaricdən gəlir. Bu işlə müxtəlif ölkələrin xüsusi xidmət əməkdaşları məşğuldur,” – Vuçiç “TV Informer”ə müsahibəsində deyib.
Prezident əlavə edib ki, indiyədək bu barədə danışmaması Serbiyanın neytrallığını qorumaqla bağlı olub.
Sentyabrın 5-də ölkə üzrə keçirilən etirazlarda 9 380 nəfərin iştirak etdiyi bildirilib, ən gərgin vəziyyət isə Novi Sad şəhərində yaşanıb. Burada üzləri maskalı qrup universitetin fəlsəfə fakültəsini ələ keçirməyə cəhd göstərib, lakin polis onların qarşısını alıb.
Mənbə: TASS
Tərcümə etdi: Nəzakət Nəsibli
