ABŞ prezidenti Donald Tramp mühafizəkar fəal Çarli Kirkə sui-qəsddə şübhəli bilinən şəxsin tutulduğunu açıqlayıb.

Tramp “Düşünürəm ki, onu əldə etdik” deyərək, ələ keçirilməsinin bir ipucunun nəticəsi olduğunu bildirib.
Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Utah Valley Universitetində çıxışı zamanı güllələnərək öldürülüb.
31 yaşlı Kirk kampusdakı binanın damından açılan atəş nəticəsində boynundan vurulub. O, şəxsi mühafizəçisi vasitəsi ilə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aysel Mirzəyeva
