Bir neçə gün öncə hökumətin 26 sosial media platformasını qeydiyyata alınmadıqları üçün bloklaması gənclər arasında etiraza yol açdı. Məsələ gənclərin onlayn ünsiyyət və hərəkət azadlığına toxunduğu üçün gərginlik dərhal ölkənin hər hissəsinə yayıldı.
Nepal polisinin məlumatına görə, ümummilli Gen Z nümayişləri indiyədək 51 nəfərin həyatına son qoyub.
Nepal Polisinin sözçüsü DIG Binod Ghimire bildirib ki, ölənlər arasında 21-i etirazçı, 3-ü polis işçisi, 9-u məhbus, 18-i digər, biri isə hindistanlı qadındır.
Daha əvvəl Səhiyyə və Əhali Nazirliyinin katibi doktor Bikas Devkota bildirmişdi ki, hazırda ölkə üzrə 52 müxtəlif xəstəxanada 284 nəfər müalicə olunur. O, həmçinin 1771-dən çox yaralının müalicə olunaraq evə buraxıldığını bildirib.
Hazırladı: Gülay Bədirli
Mənbə: The Himalayan Times
