Bu gün:

Gənclər Çarli Kirk-in siyasi irsini müzakirə edib


Amerikalı fəal Çarli Kirk debat zamanı güllələnib. Bu xəbər gəncləri həm sarsıdıb, həm də müzakirəyə səbəb olub.

Tərəfdarları onun ailə dəyərlərini və xristian inancını müdafiə etməsini xatırlayıb. Onlar Kirk-in gənclərə cəsarət verdiyini söyləyib.


Tənqidçilər onun abort və transgender məsələlərində sərt mövqeyini qəbul etməyib. Bəziləri debatlarda üstünə danışdığını qeyd edib.


Amma heç kim siyasi zorakılığı müdafiə etməyib. Hamı bunun demokratiyaya zərbə vurduğunu anlayıb.


Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et