Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bəyan edib ki, Rusiya və Belarus birgə “Zapad-2025” hərbi təliminə cavab olaraq ölkənin şərq sərhədinə təxminən 40 min hərbçi yerləşdirəcək.

Polsat News televiziyasına danışan Tomçik ölkəsinin uzun müddətdir ki, Zapad-2025 təliminə hazırlaşdığını, ordunun 30 mindən çox əsgərin iştirakı ilə təlimlər keçirdiyini bildirib.
Tomçik Polşa və NATO əsgərlərinin Zapad-2025-ə lazımi cavab verməsinin vacibliyini vurğulayaraq deyib: "Ukraynada müharibənin burada başladığını unutmayaq. Bu səbəbdən Polşa ordusu buna hazırlaşır. Yaxın günlərdə sərhəddə təxminən 40 min əsgərimiz olacaq".
Tomçik vurğulayıb ki, Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozması Zapad-2025 təlimi ilə bağlıdır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aysel Mirzəyeva
