Bu gün:

Azərbaycan kosmos və ekoloji layihələrlə yeni inkişaf yoluna çıxır


Azərbaycan son illərdə həm texnologiya, həm də ətraf mühitin qorunması sahəsində mühüm addımlar atır. Kosmos, süni zəka və Xəzər dənizinin ekosistemi ilə bağlı layihələr ölkənin inkişaf strategiyasına yeni nəfəs gətirir.

Azercosmos yaxın illərdə “Azersky-2” peyklərini orbitə çıxarmağı planlaşdırır. Bu peyklər torpaq və su ehtiyatlarının idarə olunması, iqlim dəyişikliklərinin izlənməsi və kənd təsərrüfatında dəqiq məlumatların toplanmasına xidmət edəcək. İlk dəfə olaraq ölkədə müstəqil kosmik peykin hazırlanması da nəzərdə tutulur ki, bu da Azərbaycanın texnologiyada müstəqilliyini gücləndirəcək.
“AzInTelecom” şirkətinin yeni süni zəka laboratoriyası ölkədə rəqəmsal texnologiyaların inkişafına təkan verəcək. Qəbul edilən “Süni Zəka Strategiyası 2025-2028” planı ilə bu sahədə normativ baza möhkəmləndiriləcək, gənc mütəxəssislərin yetişdirilməsi təmin olunacaq. Gələcəkdə dövlət xidmətlərində süni zəkanın tətbiqi işlərin daha çevik və şəffaf aparılmasına imkan yaradacaq.

Hazırladı: Gülay Bədirli 

Paylaş
Şərh əlavə et