Bu gün:

Reyd Cənubi Koreya şirkətlərini ABŞ-a sərmayə qoymaqda tərəddüdə salıb


Cənubi Koreya şirkətləri Corciya ştatında “Hyundai” zavodunda keçirilən immiqrasiya reydindən sonra ABŞ-a investisiya yatırmaqda tərəddüdə qalıb. Bunu prezident Li Cae Myonq bildirib.

Keçən həftə saxlanılan 300-dən çox Koreya vətəndaşının vətənə dönüşü Ağ Evin göstərişi ilə yubadılıb. Prezident Li vəziyyəti çaşdırıcı adlandırıb və şirkətlərin ABŞ-da istehsal müəssisəsi qurmaqda çətinliklərlə üzləşdiyini deyib.


ABŞ rəsmiləri zavodda 475 nəfəri saxlayıb, onların çoxu qeyri-qanuni işləyib. “LG Energy Solution” isə bəyan edib ki, saxlanılanların əksəriyyətinin vizası olub və ya viza güzəşt proqramı ilə fəaliyyət göstərib.


Hadisə Koreya mediasında “şok” kimi qiymətləndirilib və iki ölkənin münasibətlərinə təsir göstərib. Ağ Ev əməliyyatı müdafiə edib, Tramp isə xarici şirkətləri amerikalıları işə götürməyə çağırıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et