Bu gün:

Qətər zərbələrinin şahidi: “Elə bildim ki, dünyanın sonu gəlir"


Qətərin paytaxtı Doha bu gün artıq adi həyatına qayıdıb – magistrallarda maşınlar hərəkət edir, göydələnlər isə istidə parıldayır.

Amma Yaxın Şərqdə yeni gərginlik yaranıb və əsas sual budur: İsrailin HƏMAS-ı hədəfə alarkən hansı “qırmızı xətləri” qalıb?

Qətər ərazisində HƏMAS-ı hədəfə almaq, İsrailin baş naziri Benyamin Netanyahunun keçməyəcəyi xətt hesab olunurdu.

Dünən isə bu ehtimal tamamilə darmadağın olub və bununla birlikdə, yəqin ki, Qəzzada atəşkəs sazişinin də hər hansı şansı aradan qalxıb.

Hücumun baş verdiyi əraziyə yaxın məhəllədə – dəbdəbəli villaların və yüksək divarlarla əhatələnmiş xarici səfirliklərin yerləşdiyi küçələr bomboş olub. İsrailin zərbəsi HƏMAS rəhbərliyinin ABŞ-nin sülh təklifini müzakirə etdiyi binanın mərkəzinə ağır zərbə endirib. Biz oradan maşınla keçərkən dağıntının bir hissəsini görə bildik, lakin güclü polis nəzarəti səbəbindən daha yaxına getmək mümkün olmayıb.

Media məlumatlarına görə, İsrail rəsmiləri bu əməliyyata “Qiyamət Günü” kod adını veriblər.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et