Fransada hökumətin qənaət planlarına cavab olaraq başlayan "Hər şeyi dayandıraq" etirazına minlərlə insan qatılıb. Paytaxt Paris başda olmaqla, çoxsaylı şəhərlərdə keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma yaşanıb.

Fransada başda paytaxt Paris olmaqla bir çox şəhərdə Fransua Bayrounun getməmişdən əvvəl hazırladığı büdcə ixtisarına etiraz olaraq "Hər şeyi dayandır" adlı etiraz aksiyaları keçirilib. Etirazçılar prezident Makronun yeni təyin etdiyi baş nazir Sebastyan Lekornuya da qəzəbləniblər.
Minlərlə insan küçələrə axışaraq “Hər şeyi dayandır” aksiyasına çıxıb. Fransa polisi etirazçılara sərt müdaxilə edib.
Etirazçıları dağıda bilməyən polis cəld müdaxilə edib. Gün ərzində davam edən etiraz aksiyaları zamanı yüzlərlə insan saxlanılıb.
Mənbə: Cnn türk
Tərcümə erdi: Çimnaz Həmzəliyeva
