Polşa hava məkanının Rusiya pilotsuz uçuş aparatları tərəfindən pozulmasından sonra NATO-nu 4-cü maddə çərçivəsində fövqəladə toplantıya çağırıb.

Varşavadan verilən açıqlamada, 10 sentyabr səhər saatlarında Polşanın hava məkanının Rusiya tərəfindən İHA tipli aparatlar vasitəsilə “misli görünməmiş” şəkildə pozulduğu və bu cisimlərin bir qisminin vurulduğu bildirilib.
Polşa ordusu 19 Rusiya aparatının hava məkanını pozduğunu açıqlayıb. Onlardan bir qismi Polşa və NATO qüvvələri tərəfindən məhv edilib. Beləliklə, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bu yana ilk dəfə NATO üzvü olan ölkə ilə Rusiya arasında birbaşa toqquşma baş verib.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
