Bu gün:

Azərbaycan Suriyaya qaz ixrac edəcək


Azərbaycan illik 1,2 milyard kubmetr təbii qazı Türkiyə üzərindən Suriyaya ixrac edəcək. SOCAR-ın məlumatına görə, ilkin mərhələdə gündəlik təxminən 6 milyon kubmetr qaz göndərilməsi nəzərdə tutulur.

Layihə Suriyanın elektrik stansiyalarının işini bərpa etməsinə və enerji təhlükəsizliyini möhkəmləndirməsinə xidmət edəcək. Eyni zamanda, bu saziş Bakı ilə Ankaranın enerji əməkdaşlığını daha da gücləndirəcək.
Mütəxəssislər hesab edir ki, Azərbaycanın qaz ixrac marşrutlarının genişlənməsi ölkəmizin regional enerji liderliyini möhkəmləndirir və yeni bazarlara çıxışını təmin edir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et