Bu gün:

Azərbaycan-Qazaxıstan DİN əməkdaşlığı müzakirə olunub


Daxili İşlər Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, general-polkovnik Vilayət Eyvazov Qazaxıstan DİN nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın dərinləşdiyi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, təcrübə və informasiya mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qonaqlar Daxili Qoşunlar və polis orqanlarının fəaliyyəti ilə tanış olublar.


Arzu Qafarova 

Paylaş
Şərh əlavə et